Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov Sabir (58 kq, K44) və Xəlilov İmaməddin (70 kq, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.
Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.