“Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirilib

0

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 29 noyabr 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində tədbir keçirildi.

Universitetin dekanı Sahib Fərzəliyev çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra, İctimai Birliyin sədri Rauf Zeyni çıxış edərək gənclərin daha uğurlu bir vətəndaş kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynamasından bəhs etdi.

Gənclər arasında maarifləndirici işlərin həyata keçirilməsi gələcəkdə həmin gənclərin ölkəni daha uğurla təmsil etmələrinə təkan yaradır.

Bunun üçün isə, Vətəndaş Cəmiyyətləri aktiv rol oynayırlar. Lakin, tək öhdəlik Qeyri-Hökumət Təşkilatlarının deyil, gənclərin də üzərinə düşür.

Bunun üçün gənclər müxtəlif yerli və beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətlərində daha yaxından iştirak etməli, fəallıq göstərməlidirlər. Daha sonra, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək birliyin fəaliyyəti, gələcək hədəfləri haqqında məlumat verdi. Daha sonra, birlikdə üzv olan könüllülərin 1 2 ay ərzində təcrübə qazanaraq daha böyük uğurlara imza atmalarından bəhs etdi.

Bununla da, vətəndaş cəmiyyətlərinin gənclərin həm maarifləndirilməsinə, həm də uğur qazanmalarına töhfə verdiyini açıqladı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »