Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən Universitetin rektor vəzifəsinin icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşlərin bütün fakültələrdə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, keçirilən görüşlərin məqsədi qarşıda duran perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsidir.
Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.