İstədiyim vaxt danışıram, gülləkeçirməzəm.
Report-un məlumatına görə, bunu Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Kriştianu Ronaldo özü ilə bağlı tənqidlərə cavab verərkən deyib.
37 yaşlı hücumçu mətbuatı yalan informasiya yaymaqda ittiham edib:
“Zaman hər zaman vacibdir. Başqalarının nə düşünməsindən narahat olmadan gah doğru, gah da yalan yazırsınız. Kim olduğumu, nəyə inandığımı hamı bilir”.
Təcrübəli forvard böyük potensiala sahib olduqlarını bildirib:
“Əvvəlcə Qana yığması ilə oyun haqqında düşünüb, sakitcə hərəkət etməliyik. Bu matçla böyüyəcəyik. Ən yaxşı komanda çempion olacaq. Favoritlər Braziliya, Argentina, Fransa, İspaniya və Almaniya hesab olunur. Amma 2016-cı ildə Avropa çempionu olanda gördük ki, daha yaxşısını edə bilərik”.
O, rekord dalınca qaçmadığını əlavə edib:
“Özləri məni tapır. Heç nəyə ehtiyacım yoxdur, hər şeyim var. Amma dünya kubokunu qazanmaq möhtəşəm olardı”.
Qeyd edək ki, Portuqaliya millisi H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.