Noyabrın 18-dən bu günədək 3 piyada ölümü qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Belə ki, noyabrın 18-də saat 19 radələrində Lənkəran rayonunun Mamusta kəndi ərazisində rayon sakini S.Abbasov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən kənd sakini Əkrəm Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Noyabrın 19-da saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Noyabrın 20-də paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb. Süürücü saxlanılıb.
Hər 3 faktla bağlı araşdırma aparılır.