“Neftçi” Türkiyə nəhənginə rəqib oldu

0

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İctimairey.Az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i keçə bilsə, Türkiyə nəhəngi “Fənərbağça” ilə qarşılaşacaq. “Neftçi” – HİK cütünün qalibi ilk matçı İstanbulda keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.

Qeyd edək ki, “Neftçi” HİK-ə qarşı ilk oyunu sabah, cavab görüşünü avqustun 12-də Helsinkidə keçirəcək.

Xatırladaq ki, “Neftçi” 2014-cü ilə “Fənərbağça” ilə yoxlama oyununda qarşılaşıb. Həmin matç qolsuz heç-heçə ilə başa çatıb.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »