SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, bu gün “Qum Məişət (Qİİ)”, “ALKO”, “Naximov”, “Müşviq əhali”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.