DİM-dən verilən məlumata görə, modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartlarının tələblərinə uyğun olması qeyd olunmuş, bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədə müvafiq hesab edilib.
Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanmış “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olduğundan, qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.
2023-cü ildə isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötənilki imtahan modeli əsasında keçiriləcək.