Hərbi sahəyə əlavə vəsait ayrıla bilər

0
“Hərbi sahəyə ayrılan maliyyənin daha da artırılması məsələsi qaldırıldı. Əgər ehtiyac yaranarsa, həmin sahəyə əlavə vəsait ayrılmasına baxıla bilər”.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Bu məsələ dövlət başçısının nəzarətindədir. Amma bu gün kifayət qədər artım var. Ehtiyac olarsa, yenidən məsələyə baxıla bilər”,- deyə nazir vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »