Azad edilən ərazilərdə işləyən mütəxəssislərə əlavə məzuniyyət veriləcək

0

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə əlavə məzuniyyət veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət veriləcək.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »