Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu məlum olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuad Oqtay Tvitterdə yazıb.
O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.