Nikol niyə Zatulin və Simonyanı hədəf seçdi?

0

Ermənistan hakimiyyəti Zatulin və Simonyanın ölkəyə girişinə qadağa qoydu: Paşinyan komandası Zatulinə bildirib ki, onun bəyanatları Ermənistana zərər vurur. Beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir.

Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdi. Paşinyanın bu addımının siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə Zatulin və Simonyan?

– Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Köçəryan-Sərkisyan komandası ilə yaxındır;

– Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşıdır və Nikolun rəqibləri üçün platforma rolunu oynayır.

Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu.

Asif Nərimanlı

Leave A Reply

Your email address will not be published.

Tərcümə »