Masallıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.
İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.