Gənclər təşkliatı Şəki rayonunda tədbir keçirib

0

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm və Daun sindromlu uşaqlara icma əsaslı reabilitasiya (İƏR) xidmətinin göstərilməsi və valideynlərin maarifləndirilməsi” adlı növbəti tədbirini Şəki şəhərində keçirib.

04 oktyabr 2022-ci il tarixində keçirilən dəyirmi masada 30-dək sağlamlıq imkanları məhdud uşaq və valideynləri iştirak edib. Tədbirdə təşkilatın təlimçisi Sadiq Həsənov, Sosial Xidmətlər Agentliyinin Şəki şəhəri üzrə nümayəndəsi İlyaslı Nərmin layihə haqqında geniş məlumat verdilər. Valideynlərdən Məmmədova Təranə, İlyasova Gülnuma və başqaları rayonda Dövlətimiz tərəfindən yaradılan şəraitdən danışdılar və bu kimi uşaqlara daha çox diqqət ayrılmasını xahiş etdilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »