Ağstafada 10-cu sinif şagirdi məktəbdə qəflətən ölüb.
Hadisə şəhərin 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Belə ki, rayon sakini, 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin məktəblinin öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.