Alim Qasımovun xaricdəki konsertləri ləğv edildi

0

Xalq artisti Alim Qasımovun xaricdə baş tutmalı olan bütün konsertləri ləğv olunub.

Kult.az xəbər verir ki, bu barədə Publika.az-a xalq artistinin meneceri Səadət Fərzəliyeva deyib.

O bildirib ki, Alim Qaslmovun sentyabr ayında xaricdə 2 konserti ləğv edilib:

“Konsertlərin ləğv edilmə səbəbi mövcud vəziyyətlə bağlıdır. Sentyabr ayında Moskvada konsert proqramı baş tutacaqdı, ləğv edldi. Noyabr ayında Tunisə nəzərdə tutulan konsert proqramı da təxirə salındı. Şəhidlərimiz var… Allah millətimizi qorusun! Təki müharibədən canımız qurtarsın. Hələ ki, konsert proqramları nəzərdə tutulmayıb. Yəqin gələcəkdə bu baş verəcək. Təki sağlıq olsun!”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »