Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 əməkdaşını işdən çıxarması barədə xəbərlər yayılıb. Buna səbəb kimi həmin vəzifəli şəxslərin fəaliyyətlərində ciddi nöqsanlara yol vermələri göstərilib.
Modern.az-ın əməkdaşı informasiyanı dəqiqləşdirmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanovla əlaqə saxlayıb.
Qurum rəsmisi KİV-də yayılan xəbərin həqiqəti əks etdirməyidiyni söyləyib.
“Bizə bununla bağlı heç bir məlumat daxil olmayıb”, – deyə Tural Qurbanov qeyd edib.