AXSP fəaliyyətini bərpa edib

0

Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) Rəyasət Heyətinin iclası keçirilib.

17 sentyabr tarixində Azərbaycan Xalq Sosialist Partiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasda partiyanın sədri Rövşən Hüseynov çıxış edib.

Sədr R.Hüseynovun təklifinə əsasən Rəyasət Heyəti partiyanın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciətlə bağlı qərar qəbul edib.

Xatırladaq ki, AXSP 2008-ci ildə təsis olunub.

Qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət olunsa da 2010-cu ildə partiyanı qeydiyyata almayaraq sənədlərini geri qaytarıb.

Bir müddət öz fəaliyyətini dayandıran AXSP yenidən fəaliyyətə başlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »