Azərbaycan və Ermənistan arasında münaqişənin olmasında geosiyasi məsələlər də rol oynayır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında bildirib.
O iddia edib ki, Azərbaycan uzun zamandır Qərb və Rusiyada fərqli siyasət yürüdür.
“Azərbaycan Qərbə gedir, Qərbdəki əlaqələrinə Ermənistanı qatı ruspərəst kimi, rusiyayönümlü dövlət kimi təqdim edir. Bununla da Qərbdə Ukrayna ətrafında yaranmış vəziyyət kontekstində Ermənistanda Rusiyaya qarşı ikinci cəbhə açılmış olur. Rusiyada isə Avropa Birliyi ölkələri ilə intensiv münasibətləri olan qatı qərbpərəst kimi təqdim edilirik. Rusiyada da qərbpərəst siyasəti üçün Ermənistanı cəzalandırmaq anlayışı yaranır. Həmçinin, Rusiya da Ermənistana qarşı təcavüzkar siyasət üçün anlayış yaratmağa cəhd göstərir”, deyə Paşinyan aciz durumda olduğunu etiraf edib.