SON XƏBƏR: Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

0

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutub.

İctimairey.az MN-in Mətbuat xidmətinin verdiyi məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »