İKT, innovasiya texnologiyaları üzrə ekspert Arif Ağayev Türkiyədən “Onur Belgesi” mükafatına layiq görülüb- FOTO

Anadolu Azerbaycan Kültür Sanat Dünyası Yardımlaşma ve Dayanışma Derneyi apardığı monitorinqin nəticəsində qabaqcıllar sırasına seçilmiş həmvətənimiz Arif Ağayev “Onur Belgesi” ilə mükafatlandırılmış.

Arif Ağayevi daha yaxından tanımaq üçün, onunla həmsöhbət olduq.

Arif Ağayev Əli oğlu 1961 Lənkəran şəhərində anadan olub. Azərbaycan texniki universitetinin maşınqayırma fakültəsini bitirmiş və ali siyasi partiya təhsili alıb. Riyaziyyat-məntiq fənlərini tədris edir. İkt, innovasiya texnologiyaları üzrə təhsil ekspertidi. Hazırda Bakıda yaşayır.

Arif Ağayev ali təhsilini başa vurduqdan sonra, təyinatla Kursk şəhərinə göndərilmiş və orada Akkululyator zavodunda mühəndis vəzidəsində işə başlamış.  İşlədiyi dövrlərədə də bir çox musiqi yarışmaları və festivallarında iştirak edərək, Azərbaycanı təmsil edib. 1987 ci ildə 2 ci Ümumittifaq Xalq yaradıcılığı festivalında Azərbaycan, rus, türk, fars mahnıları ifaçısı kimi 1-ci dərəcəli diplomla mükafatlandırılıb. 1988 ci ildə, Bakıda – Respublika sarayında keçirilən gənc istedadların konsert müsabiqəsinin qalibidir. Xobbim rəssamlıq, xalça rəssamlığı, musiqi, şeir.Нет описания.

Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını  birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Azərbaycan xalqı da çoxəsrlik tarixinin mürəkkəb mərhələli dövrlərini şərəfli başa vurub və bütün dünya azərbaycanlılarına  təsvirəgəlməz qürur və sevinc hissləri yaşadıb.Нет описания.Нет описания.

Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq tarixən gənclərimizin əsas vəzifəsi olub Belə ki, vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında bütün dövrlərdə öz ifadəsini tapıb.Нет описания.

Vətənpərvərlik ruhu qanında qaynayan A. Ağayev də Vətəni Azərbaycanı müqəddəs səcdəgahı, pənah yeri kimi qəlbində yaşatdığından mübariz bir insandır. 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğurunda aparılan mübarizədə fədakarcasına  mübarizəyə qoşulmuş. O,  həmin ağrılı-acılı ili belə xatırlayır:

  • Məni də bir neçə yoldaşımla yerli radio qovşağının mühafizəsi üçün göndərdilər və mənə radioda aparıcılıq həvalə olunmuşdu. Biz qovşağa gələnə qədər isə, artıq Bakı qırğını haqqında rayon əhalisinə mütəmadi olaraq, xəbərlər verilirdi. Sonra mən də öz növbəmdə yeni daxil olmuş məlumatları radioda səsləndirdim. Yerli əhaliyə Bakı qırğını haqqında məlumat vermək nə qədər vacib olsa da, bu haqda dünya ictimaiyyətinin bilməsi də çox önəmli idi. Çünki imperiyanın niyyəti xalqa qanlı divan tutmaqla, onun azadlıq əzmini qırmaqla yanaşı, həm də törətdiyi cinayəti dünya ictimaiyyətindən gizlədərək, onu ört-basdır etmək idi. Tərslikdən yerli radio qovşağının simli ötürücü olması və onun uzaq məsafələrə informasiya ötürmək qabiliyyətinin olmaması səsimizin boğulması demək idi. Bu problemin həlli ətrafında fikir mübadiləsi zamanı rabitə qovşağın rabitə mütəxəssislərindən biri xüsusi radioötürücü qurğu vasitəsi ilə bunun mümkün olduğunu, amma buna icazə olmadığını bildirdi. Təbii ki, o zamanlar efir DTK-nın tam nəzarətində olduğu üçün, bu qeyri qanuni dalğa ilə efirə çıxmağın nə qədər təhlükəli olduğunu, şəhərin Moskvaya tabe olan DTK və əsgərlərin nəzarətində olduğunu bilsək belə, bu bizi  haqq bildiyimiz işdən çəkindirə bilmədi.

Nəhayət həmin rabitə mütəxəssisi radio ötürücünün “Araz” dalğasında efir üçün tənzimlədiyini mənə xəbər etdi və mən Bakı qırğını haqqında efirdə məlumat verdim. Bundan qısa bir müddət keçdikdən sonra, radio qovşağına “Amerikanın Səsi”, “Azadlıq”, “BBC” radiolarından verdiyimiz xəbərlə bağlı zənglər gəldi. Mən telefon vasitəsi ilə də Bakı qırğını haqqında onlara təkrar məlumat verdim. Bəli, bu gözlənilməz idi. Demə bizim haqq səsimizi dünya eşidibmiş. O günləri xatırlamaq ağır olsa da, itkilər versək də, xalqımız imperiyanın qarşısında əyilmədi, mərdliklə dayanıb öz müstəqilliyinə qovuşduНет описания.

İkt, innovasiya texnologiyaları üzrə təhsil eksperti kimi fəaliyyət göstərən Arif Ağayevin bu sahə üzrə də maraqlı fikirləri var. Bu barədə onun dediklərindən:

  • Bəşəriyyətin tarix boyu yaratdığı elmi icad və texnologiyalar onun həyatını, düşüncə tərzini, davranışını əsaslı surətdə dəyişir. Bunlardan ən önəmlisi informasiya texnologiyalarıdır. Gerçəkdən də İKT bəşəriyyətin alışdığı zaman və məkan analyışına yeni bir məna qataraq, artıq bu fərqləri aradan qaldırmaqla paralel bir dünya yaratmışdır. Belə ki, bu virtual aləmdə zaman məkan, məsafə də həddən artıq əlçatandır. Məhz bu texnologiyaların tətbiqi ilə təhsil sahəsində yeni tədris üsulları, formaları yaranmışdır. Onlayn məsafədən təhsil məhz təhsilalan və təhsil verənin məkan fərqlərini aradan qaldıraraq bu təhsilin müasir cəmiyyətdə əlçatanlığını təmin etməklə onu geniş spektrdə tətbiq edərək, onun kütləvi, sosial və fövqəladə mahiyyətini üzə çıxarır.

Arif Ağayevə gələcək işlərində daha böyük uğurlar,nailiyyətlər  qazanmasını diləyirik

Esmira ŞÜKÜROVA. İctimairey.az

 

Comments are closed.

Tərcümə »