“Konya-2021”: Bu gün Azərbaycan təmsilçiləri 13 idman növündə güclərini sınayacaqlar

0

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

İctimairey.az xəbər verir ki, yarışın yeddinci günündə – avqustun 11-də Azərbaycan təmsilçiləri 13 idman növündə güclərini sınayacaqlar.

Atletika yarışlarında qadınlar arasında üçtəkanla tullanma yarışlarında Yekaterina Sariyeva, kişilər arasında isə Nazim Babayev uzunluğa tullanma, Əlhəm Nağıyev isə 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək.

Taekvondo yarışlarında isə Minayə Əkbərova (46 kq), Fəridə Əzizova (67 kq), Taleh Süleymanov (80 kq) və Milad Beigi Harçeqani (87 kq) dayanq üzərinə çıxacaqlar.

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.

Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.

Stolüstü tennis üzrə millimiz komanda yarışlarında mübarizə aparacaq.

Şose velosipedinin qrup ötüşməsi növündə ölkəmizi Elçin Əsədov, Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova təmsil edəcəklər.

Para-kamandan oxatma yarışlarında isə Azadə Abdullayeva, Şahin Cabbarov, Vüsal Kazımov, Əli Nəbiyev və Cahan Musayev fərdi yarışlarda çıxış edəcəklər.

Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.

Güləş yarışlarında isə İslam Bazarqanov (61 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Osmanov (79 kq), Osman Nurməhəmmədov (92 kq), Rahid Həmidli (125 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (62 kq), Gözəl Zutova (72 kq) döşək üzərinə çıxacaqlar.

İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov da medallar uğrunda mübarizə aparacaqlar.

Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 100 metr məsafayə sərbəst və 150 metr məsafəyə medley üzrə yaxrışlarda çıxış edəcək.

Ağırlıqqaldırma yarışlarında Nazilə İsmayılova (45 kq) mübarizə aparacaq.

Para-atletika yarışlarında Hüseyn Həsənov hündürlüyə tullanma, velosipedçilərimiz – Elçin Əsədov, Viktoriya Sidorenko cə Lalə Əbdürəhmanova şose üzrə qrup ötüşməsində iştirak edəcəklər.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib. Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »