2022-2026-cı illərdə 2000 Azərbaycan vətəndaşı xarici ali təhsil müəssisələrində təhsil alacaq

0

Azərbaycan gəncləri Türkiyə, Böyük Britaniya, ABŞ, Belçika və İtaliyada təhsil almağa üstünlük verirlər

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na ən çox müraciət edənlərin çoxu Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Belçika və İtaliya ali təhsil müəssisələrini seçiblər.

İctimairey.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, ixtisasları üzrə daha çox müraciət olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »