Rusiya dediyini etdi… Ukrayna müharibəsinin yeni ünvanı budur! -FOTO

Ukraynada müharibə tam sürətlə davam edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Xüsusi əməliyyat” olaraq, xarakterizə etdiyi müharibədə Rusiyanın yeganə hədəfinin Ukraynanın şərqi olmayacağını açıqlayıb.

Dövlət mediasında çıxış edən rusiyalı nazir deyib: “İndi coğrafi hədəflər fərqlidir. Hədəflər artıq təkcə DNR və LNR ilə deyil, həm də Xerson vilayəti, Zaporojjya bölgəsi və bir sıra digər bölgələrlə bağlıdır”.

Lavrovun açıqlamalarından sonra, Rusiya hərəkətə keçib. Britaniya və Ukrayna kəşfiyyatı Rusiyanın yeni hədəfini açıqlayıb.

RUSTANIN YENİ HƏDƏFİ BUDUR

Britaniyanın “Guardian” qəzetinin xəbərinə görə, Moskva Ukraynanın cənub cəbhəsində mövqelərini gücləndirməyə və bölgədəki hərbi varlığını artırmağa başlayıb.

“New York Post” qəzeti bu inkişafı “müharibə yeni və ölümcül mərhələyə qədəm qoydu” kimi oxucuları ilə bölüşüb.

Ukrayna kəşfiyyatının mövzu ilə bağlı verdiyi açıqlamada bu ifadələr yer alıb;

“Demək olar ki, rus qoşunlarının cənubda toplaşdığı dəqiqdir. Ya Ukraynaya əks-hücum gözləyir, ya da hücuma hazırlaşır”.

Aylarla davam edən müharibədə yararsız hala düşən tanklar Rusiyanın nəzarətinə keçən Mariupolda toplanır..

Guardian-ın xəbərinə görə, ruslar işğal altındakı Zaporojyada Ukrayna əsgərlərinə hücumlarını, bir tərəfdən də bölgədə möhkəmlənmə qüvvəsini gücləndirməyə davam edir.

Ukraynanın cənubdakı hücumuna ən böyük maneələrdən biri şənbə günü bombalanmış Avropanın ən böyük Zaporojjia atom elektrik stansiyasıdır.

Çünki Rusiya iyulun ortalarından Ukrayna qüvvələrinə atəş açmaq üçün, bu obyektdən dayaq kimi istifadə edib.

RUSİYA HƏLƏ İTKİLƏRİNİ AÇIQLAMIR

Digər tərəfdən, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.

Sözügedən açıqlamada Rusiyanın müharibədə itkisi 498 nəfər olaraq açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

YÜZLƏRLƏ ƏSGƏR ÖLDÜRÜLÜB

Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə yüzlərlə zabitin həlak olduğunu göstərir.

Comments are closed.

Tərcümə »