Almaniyanın Rio-de-Janeyrodakı səfiri Uve Herbert Han 23 illik həyat yoldaşını qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb. Cinayəti ört-basdır etməyə çalışdığı bildirilən Hahnın həyat yoldaşını sadomazoşizm nəticəsində öldürmüş ola biləcəyi iddia edilir.
Braziliyada məskunlaşan yüksək səviyyəli alman diplomatı Uve Herbert Hahn 23 ildir evli olduğu həyat yoldaşını öldürməkdə ittiham edilərək həbs edilib.
Almaniyanın Rio-de-Janeyrodakı səfiri Hahn bildirib ki, evli olduğu 52 yaşlı belçikalı Valter Henri Maximilien Biot xəstələndikdən sonra, evlərinin eyvanından yıxılıb. Həyatını itirən Biotun cansız bədənini araşdıran məhkəmə-tibb ekspertləri kişinin qadının bədənində çoxlu zərbə izləri aşkar ediblər.
Biotun ölməzdən əvvəl ağır döyüldüyü, cütlüyün yaşadığı evdə qan izlərinin tapıldığı bildirilir. Braziliya polisi Almaniya konsulunun ifadəsinin hadisə yerinin araşdırılması ilə razılaşmadığını və qurbanın bədənində silindrik əşya ilə döyülmə əlamətlərinin olduğunu bildirib.
‘QAN İZLƏRİNİ TƏMİZLƏYİRDİ’
Rio-de-Janeyro Dövlət Universitetinin məhkəmə eksperti, professor Nelson Massini Braziliyanın “O Globo” qəzetinə deyib ki, dəlillər Biotun sadomazoxizm nəticəsində öldüyünü göstərir. Bəzi izlərin keçmişə aid olduğunu qeyd edən Massini, ölümün “seks oyunu” zamanı baş verdiyini ifadə edib.
Braziliya mətbuatının yazdığına görə, alman diplomat Hahn polislər evə gələn zaman döşəmə və mebeldəki qan ləkələrini silməyə çalışıb. Bildirilir ki, diplomat polisə həyat yoldaşının spirt problemi olduğunu və yuxu dərmanı qəbul etdiyini deyib.
Almaniyanın Braziliyadakı səfirliyi məsələ ilə bağlı açıqlama verməsə də, qətldə günahlandırılan Hahnın diplomatik toxunulmazlıqdan istifadə etməsi gözlənilmir.
Comments are closed.