Çauşyan; Paşinyandan başqa hamı günahkardı. ƏMR: – avqustun 25-dək evlərinizi tərk edin.

0

Qondarma “Artsaxın” ərazi və infrastruktur naziri Hayk Xanumyan Ahavno və Berdzor sakinlərinə avqustun 25-dək evlərini tərk etmələri üçün vaxt verib. Bu barədə avqustun 5-də Axavno kəndinin başçısı Andranik Çauşyan müsahibəsində bildirib.

“Hayk Xanumyan bizə evakuasiya proqramını təqdim edib və kimin hara gedəcəyini söyləyib. Amma heç kim ayrılmaq istəmir. Sakinlərə silah verilsə, biz qalıb döyüşəcəyik”, – Çauşyan bildirib.

Onun sözlərinə görə, məsələnin də müzakirə olunduğu qondarma “Artsax” prezidenti Arayik Arutyunyan nə baş verdiyini nə izah edə, nə də aydınlaşdıra bilər – o, danışıqların iştirakçısı deyil. “Mən ona haqq qazandırmıram, amma ondan nə tələb oluna bilər. Paşinyandan soruşmaq lazımdır. Onun şüarı ondan ibarətdir ki, ondan başqa hamı günahkardır”, – Andranik Çauşyan qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »