Çin Tayvan ətrafında, Çinin tarixi ərazisi hesab etdiyi altı ərazidə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb
“Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı altı ərazidə canlı atəşlə genişmiqyaslı hərbi təlimə başlayıb. Onlar avqustun 7-dək davam edəcək”, – Çin televiziyası bildirib.
Bundan əvvəl Çin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə kəskin etirazını bildirib. 360 TV-nin verdiyi məlumata görə, təlim başlayan kimi Çin aviaşirkətləri Tayvan yaxınlığında uçuşlardan çəkinməyə çağırıb.Çin Xarici İşlər Nazirliyi Tayvanla birləşmək üçün, hərbi tədbirlərdən istifadə edə biləcəyini bildirib, Milli Xəbər Xidməti bildirib.