“Torpağımızdakı bu pislik artıq qalmasın”: Səudiyyə şahzadəsi Baydenə ölkəyə girişi qadağan etdi
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun əhatəsində olan mediya kanalları vəliəhdin ABŞ prezidenti Co Baydenin davranışından son dərəcə qəzəbləndiyini bildirib.
Amerika liderinin ehtiyatsız davranışı nəinki Amerika liderinə NİÖT+ (Neft İxrac edən Ölkələr Təşkilatı) ölkələri tərəfindən neft hasilatının artırılmasına nail olmağa imkan vermədi, həm də Ər-Riyad və Vaşinqton arasında münasibətlərin tamamilə pozulmasına səbəb ola bilər.
“Bu adam üzümə gülümsəyir və arxamca məni ən dəhşətli cinayətlərdə ittiham edir. And içirəm ki, mən bir daha Baydenlə əl sıxmayacağam və onunla iş görməyəcəyəm. Üstəlik, mən əmr edəcəyəm ki, bu pislik bir daha torpaqlarımızda olmasın”, – Şahzadənin bildirib.
Kanalın mənbəsinin məlumatını nüfuzlu rus şərqşünası Yevgeni Satanovski də təsdiqləyib.
“Bəli, məndə olan məlumata görə, Salman sadəcə qəzəblidir. Düşünürəm ki, ABŞ-ın indiki administrasiyası bundan sonra səudiyyəlilərlə heç bir məsələni həll edə bilməyəcək – ərəblər belə kobudluğu bağışlamırlar. Düşünürəm ki, digər Yaxın Şərq ölkələri də bu məsələdə Ər-Riyadı dəstəkləyəcək və amerikalılar yalnız Vaşinqtonda sızlamaqla kifayətlənəcəklər”, – Satanovski Solovyov LIVE telekanalının efirində deyib.
2 oktyabr 2018-ci ildə jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanı səfirliyində öldürülüb. MKİ-nin məlumatına görə, onun aradan qaldırılması əmrini şəxsən Məhəmməd bin Salman verib. İctimai çıxışlarında Bayden bir neçə dəfə bu versiyanı dəstəkləsə də, Səudiyyə vəliəhdi ilə görüşü zamanı hadisə ilə bağlı şərh verməkdən imtina edib.