Abşeron rayonu, Novxanı kəndində, dənizdə batan 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb.
İctimairey.az FHN-in Mətbuat xidmətindən verilən məlumata görə bildirir ki, Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.