Avqustda havanın orta aylıq temperaturunun bəzi yerlərdə iqlim normasından bir qədər yüksək olacağı gözlənilir

0

Avqust ayında havanın orta aylıq temperaturunun bəzi yerlərdə iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir. Birinci ongünlüyün ortalarında havanın nisbətən sərinləşəcəyi, temperaturun norma daxilində olacağı ehtimalı var.

İctimarey.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 21-26°, gündüzlər 34-38° isti, bəzi günlərdə 40-42° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 26-30° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 21-26°, gündüzlər 33-38° isti, bəzi günlərdə 40-43° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı bildirilir (norma 6-10 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 12-17°, gündüzlər 20-25° isti, bəzi günlərdə 28-33° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 32-55 millimetr).

Gəncə şəhərində, Qazax, Ağstafa, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 32-37° isti, bəzi günlərdə 37-42° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 15-27 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 23-27° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 30-35° isti, bəzi günlərdə 37-39° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 13-116 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr gecə 21-26°, gündüzlər 33-38° isti, bəzi günlərdə 40-43° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 6-22 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 24-28° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 30-34°isti, bəzi günlərdə 36-38° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 13-83 millimetr).

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »