ABŞ prezidenti Co Baydenlə çinli həmkarı Si Cinpin arasında iki ölkə arasında aktual məsələlərin müzakirə olunduğu telefon danışığı 2 saat 17 dəqiqə davam edib.
Bayden və Si arasında Vaşinqton vaxtı ilə saat 08:33-də (UTC 15:33) başlayan telefon danışığı Ağ Evdən verilən məlumata görə, saat 10:50-də (17:50) başa çatıb.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana son səfəri iki ölkə arasında gərginliyə səbəb olub.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi bildirib ki, iclasda Çinin Tayvan və Hind-Sakit okean hövzəsinə qarşı “aqressiv ritorikası”, iqtisadi gərginlik və Çinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi müzakirə olunacaq.
Ağ Ev hələlik danışıqların təfərrüatlarını açıqlamayıb.