Borrell: İrana maksimum təzyiq uğursuz oldu

0

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi məqaləsində İrana maksimum təzyiq siyasətinin məğlubiyyətini etiraf edib.

Çərşənbə axşamı Financial Times qəzetində dərc olunan məqaləsində Cozep Borrell İrana qarşı sanksiyaların ləğvi üçün aparılan danışıqlar haqqında yazıb ki, BKFP (Birgə Kompleks Fəaliyyət Planı) nüvə sazişinin tam icrasına ABŞ-ın keçmiş prezidenti Donald Trampın sazişdən çıxması və maksimum təzyiq göstərməklə birtərəfli siyasət həyata keçirməsi təsir edib.

O, məqaləsinin başqa bir hissəsində qeyd edib: “Maksimum təzyiq iflasa uğradı”. Borrell, BKFR-nın qalan üzvlərinin səy göstərdiyini bildirib və əlavə edib: “İran xalqı sanksiyaların tamamilə aradan qaldırılmasının faydalarını itirib”.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi daha sonra Vyanada sanksiyaların aradan qaldırılmasında danışıqlara rəhbərlik etmək üçün göstərdiyi səylərə toxunaraq yazıb: “Vyanada 15 aylıq intensiv və məhsuldar danışıqlardan və BKFR üzvləri və Amerika ilə çoxsaylı qarşılıqlı fəaliyyətdən sonra, mən belə qənaətə gəldim ki, əlavə vacib kompromislərə yer qalmayıb”.

O, daha sonra bildirib: “Bu mətn danışıqlarda vasitəçi kimi mənim mümkün hesab etdiyim ən yaxşı razılaşmadır”.

İran İslam Respublikasının nöqteyi-nəzərindən stabil razılaşmaya təminat verə biləcək şey sanksiyaların effektiv şəkildə aradan qaldırılması və mümkün razılaşmada İranın maraqlarının təmin edilməsidir. Buna əsaslanaraq, İran danışıqların nəticə verməsi üçün, lazımi təklif və təşəbbüsləri irəli sürüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »