İran Azərbaycanla əlaqələri gücləndirməyə hazırlaşır

0

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahyan bəyan edib ki, İran Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirməkdə qərarlıdır.

Bu barədə Əmir-Abdollahyan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşdə bildirib.

Qonşu ölkələrlə, xüsusilə də müsəlman xalqları ilə əlaqələrin əhəmiyyətindən danışaraq, İranın Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələr və əməkdaşlıq tərəfdarı olduğunu vurğulayıb.

Musəvi də öz növbəsində xarici işlər nazirinə Tehran və Bakı arasında əlaqələrin inkişafı ilə bağlı son hesabatları təqdim edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »