Xorvatiyanın paytaxtı Zaqrebdə şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.
İctimairey.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov bu gün turnirdə 3 turun oyunlarında iştirak edəcək. Belə ki, Şahmatçımız dördüncü turda bolqarıstanlı Veselin Topalov, sonrakı oyunda hazırkı dünya çempionu, niderlandlı Maqnus Karlsen, günün sonuncu qarşılaşmasında Fransanı təmsil edən Alireza Firuzca ilə mübarizə aparacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 3 xalla 6-cı yerdə qərarlaşıb.
Turnir iyulun 25-dək davam edəcək.