Gömrükçülər ölkəyə narkotik vasitə və psixotrop maddə gətirilməsi cəhdinin qarşısını alıblar

0

Gömrükçülər ölkəyə narkotik vasitə və psixotrop maddə gətirilməsi cəhdinin qarşısını alıblar.

İctimairey.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata istinadən   bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “Hovo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib. Bu zaman sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını deyib.

Gömrük nəzarəti zamanı tətbiq edilən kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verib və yük nəqliyyat vasitəsində əsaslı yoxlama aparılıb. Nəticədə yük avtomobilinin kabinəsində olan idman çantasından 3 ədəd bükümdə, ümumi çəkisi 1,8 qram təşkil edən psixotrop maddə – metamfetamin, həmçinin kabinənin tavan hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdən 120 millilitrlik plastik qabda, ümumi həcmi 80 millilitr təşkil edən narkotik vasitə-metadon aşkarlanıb.

Sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı isə 1 ədəd bükümdə, ümumi çəkisi 0,4 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »