Gəncə Gil-torpaq zavodu yenidən fəaliyyətə başlayacaq

0

“Azərbaycan Sənaye Korporasiyası” ASC Gəncə Gil-torpaq zavodunun yenidən işə salınması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması (1), eləcə də konseptual araşdırma aparılması ilə bağlı 2 təkliflər sorğusu elan edib.

Hər iki sorğuda iştirak haqqı 500 manatdır.

Sorğularda iştirak etmək istəyənlər təkliflərini avqustun 29-u, saat 17:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 (“ASK Villa”) ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »