FHN:19 iyulda ölkə daxilində baş verən hadisələrdə xilasetmə təmin edilib

0

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

İctimairey.az xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Tovuz şəhərində ümumi sahəsi 16 m² olan külafirənginin yanar konstruksiyaları və yaxınlıqda qismən 3 ədəd ağac yanıb. Yüksək temperaturdan digər külafirənginin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Külafirənginin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Əhmədbəyli kəndində həyətyanı sahədə yığılan 12 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunun Fıstıqlı kəndində ümumi sahəsi 240 m² olan tövlənin çardağı 160 m² sahədə və içərisinə yığılan 24 ton ot bağlamasının 12 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »