Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu “Fiat” markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub
İctimairey.az xəbər verir ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və mətbəxinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 40 m² olan dəmir konstruksiyadan ibarət konteynerin (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) taxtadan ibarət üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.