Lənkəranda İcra başçısının müavini direktorun gözü qarşısında məktəbli qıza İŞGƏNCƏ verib – FOTOFAKT 

0

Azərbaycanda şok hadisə yaşanıb. Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva məktəb direktorunun gözü qarşısında 9-cu sinif şagirdinə olmazın işgəncələr verib.

İctimairey.az xəbər verir ki, bu barədə Bizim.Media-ya döyülən məktəblinin anası Ləman Camalova bildirib.

Onun sözlərinə görə Rəsilə Əliyeva qızı Aliyəni öz evinə çağıraraq başına və bədəninə ağır xəsarətlər yetirib:

“Qızım nənəsi ilə Lənkəranda qalır və həmin rayonun 4 saylı orta məktəbində təhsil alır. Mən isə Bakıda yaşayıram. Rəhilə Əliyevanın qızı Sara qızım Aliyə ilə rəfiqədirlər. Səhər tezdən Sara qızıma zəng edib ki, 9-cu sinif attestatları bizdədir, gəl götür. Qızımın dalınca maşın da göndəriblər. Rəsilə Əliyeva qızımı evində 5-6 nəfərin gözü qarşısında döyüb və nalayiq ifadələrlə söyüb. Başına telefonla, qarnına və bədəninə təpiklə, əllə zərbələr endirib. Bir azdan həmin evə V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova gəlib.
Görün, bu qadın necə qudurğandır ki, bu qədər adamın gözünün qarşısında uşağımı ölümcül vəziyyətə salıb. Qız elə haladır ki, deyiləsi deyil. Travmadan başı ağırıyır, ürəyi bulanır. Bu gün yenidən həkimə aparacağam. Uşağım onun əlində ölsəydi, nə cavab verəcəkdi? İndi direktor gəlib ayaqlarıma düşsün, görüm nə deyəcək?”

Ana bildirib ki, Sara dəfələrlə Aliyənin telefonundan sevdiyi oğlana mesaj yazıb. Oğlan da Aliyə vasitəsilə Sara ilə əlaqə qurmalı olub:

“Rəsilə Əliyeva qızımı və məni əxlaqsız adlandırıb. Öz adını bizə qoyub. Haqqımda, hətta çalışdığım kollektivdən belə məlumat öyrənə bilərsiz. Bu günə qədər haram çörək yeməmişik. Bir də Rəsilə Əliyeva barədə məlumat toplayın, görün bütün rayon nə deyir. Təsəvvür edin ki, qızım polis bölməsində ifadə verəndə Rəsilə Əliyevadan eşitdiyi ifadələri təkrarlaya bilmədi. Dedi dilə gətirməyə utanıram. Çünki ömründə o sözləri eşitməyib.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rəsilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi verib və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib:

“Bilmirəm, bu işə nə qədər ədalətli baxacaqlar. Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rəsilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, deyə ana qeyd edib.

Məsələnin diqqətimizdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »