Şimali Koreya ilə Ukrayna arasında gərginlik! Zelenski: Çox sərt reaksiya VERƏCƏYİK

0

Şimali Koreyadan Ukraynanı qəzəbləndirən bir hərəkət gəldi. Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya Ukraynanın şərqində rusiyapərəst separatçı qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini rəsmən tanıyıb. Bu qərardan sonra Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Ukrayna lideri Zelenski də bu qərara bütün səviyyələrdə çox sərt reaksiya verəcəklərini açıqlayıb.

Ukraynanın şərqindəki rusiyapərəst separatçı qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyi Suriyadan sonra, Şimali Koreya tərəfindən rəsmən tanınıb. Şimali Koreyanın Moskvadakı səfiri Şin Honq-Çul Donetskin Moskvadakı səfiri Olqa Makeyevaya Şimali Koreyanın Donetsk Xalq Respublikasını rəsmən tanıdığını təsdiq edən sənədi təqdim edib. Eyni zamanda Şimali Koreya digər separatçı bölgə olan Luqanskı rəsmən tanıması barədə bildiriş də edib.

“VACİB ADDIM”

Donetskin Moskvadakı səfiri Makeyeva iki ölkə arasında əlaqələrin artırılması və səfirliyin açılması üçün, səylərə başlanılacağını açıqlayıb. Qondarma Donetsk Xalq Respublikasının prezidenti Denis Puşilin Rusiya mətbuatına verdiyi açıqlamada “Bu mühüm dəstəyə görə Şimali Koreyanın Donetsk xalqına təşəkkür etmək istəyirəm. Bu siyasi qərar ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addımdır. Donetsk Xalq Respublikasının beynəlxalq statusu və dövlət quruluşu möhkəmlənməkdə davam edir. Bu, diplomatiyamızın növbəti qələbəsidir. Bu siyasi qərar iqtisadi sahədə əlaqələrin gələcək inkişafı üçün əsas olacaq. İkitərəfli tərəfdaşlıq dövlətlərimizin biznesləri üçün, ticarət coğrafiyasını artıracaq. Əminəm ki, bizi səmərəli və məhsuldar əməkdaşlıq gözləyir”.

UKRAYNADAN SƏRT REAKSİYA

Şimali Koreyanın bu addımı Ukraynanı qəzəbləndirib. Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın Rusiya tərəfindən işğal etdiyi Donetsk və Luqansk bölgələrinin qondarma “müstəqilliyinin” tanınması qərarının şiddətlə pisləndiyi bildirilib.

ZELENSKIY BƏYANAT VERDİ

Bəyanatda qeyd olunub ki, Pxenyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı cəhdi Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının və beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Qeyri-dost hərəkətə cavab olaraq, Şimali Koreya ilə diplomatik əlaqələrin kəsildiyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında verdiyi açıqlamada Şimali Koreyanın qərarına “bütün səviyyələrdə çox sərt cavab verəcəklərini” bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »