“Qarabağ” – “Sürix” oyununun vaxtı bilindi

0

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunu iyulun 19-u, saat 20:00-da başlayacaq. 

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab görüşü isə, iyulun 27-də İsveçrədə baş tutacaq.

İctimairey.az xəbər verir ki, Ağdam klubundan verilən xəbərə görə, birinci matç iyulun 19-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Qeyd edək ki, hələlik UEFA-nın rəsmi saytı bu matçların tarixini və saatını açıqlamayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »