Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
İctimairey.az FHN-in Mətbuat xidmətinə istinadən bildirir ki. dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.
*
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərində bir baş iribuynuzlu heyvanın dərinliyi təqribən 1 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*
Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Quba rayonunun Küçeyi kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 20 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.