Bakıda körpə 7-ci mərtəbədən yıxılıb, hamilə anası da özünü ardınca atıb

0

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb. Hadisədən sonra hər iki şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İctimairey.az  xəbər verir ki, Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

“2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »