David Babayan “dirənib”: “Biz sona qədər dayanacağıq, qırmızı xətləri qırmağa imkan verməyəcəyik”

0

“Artsax Azərbaycanın tərkibində ola bilməz və olmayacaq. Artsaxın itirilməsi geosiyasi mənzərədə gözlənilməz kardinal dəyişikliklərə gətirib çıxaracaq, bundan sonra qlobal qüvvələrin tamamilə fərqli balansı yaranacaq.”

Bunu “Artsaxın xarici işlər naziri David Babayan” qondarma “Artsax Respublikası”nın Ermənistandakı daimi nümayəndəliyində jurnalistlərlə görüşündə deyib.

Onun fikrincə, istəsək də, istəməsək də, geosiyasətin öz qaydaları var. Geosiyasət tarazlıqdır, bu və ya digər güc mərkəzinin müvafiq reaksiyasıdır.

“Biz geosiyasət dövrünə qədəm qoymuşuq, burada ideyalar və normalar təəssüf ki, ikinci dərəcəli, hətta üçüncü dərəcəli olub, lakin bu o demək deyil ki, keçmişimizi və bu günümüzü bilməməliyik, çünki bizim ən böyük problemimiz özümüzük. Əlimizdə olanı dərk edib, ağlımıza gətirməliyik”, – deyən Babayan bu yolda prinsipial olmağın vacibliyini qeyd edib.

“Hər şey bizdən asılıdır, hansı siyasət yeritəcəyik. Biz sona qədər dayanacağıq, heç vaxt bu qırmızı xətlərin pozulmasına imkan verməyəcəyik”, – deyə o əlavə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »