DYP bu sürücülərə xəbərdarlıq etdi: Axşam saat 21:00-dan səhər saat 7:30-dək…

0

Gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Pomidorla dolu yük avtomobili aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə zərər dəyib, daşıdığı kənd təsərrüfatı məhsulu isə tamamilə yararsız hala düşüb. Baş vermiş hadisə fonunda yol polisi belə nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib.

Son bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib.

ictimaiRey.az  xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb. Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb.
Ətraflı

Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli deyir ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar

Araz Əsgərlinin sözlərinə görə  nazirlər kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir.

Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »