Rusiya Tokayevdən “intiqam”ını belə aldı
Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra sərt bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur.
Bu barədə “Kommersant” nəşri yazır.
Nəşr vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.
“Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.
Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə bilər.