Bu ilin ilk 6 ayı ərzində övladlığagötürmə ilə bağlı 182 müraciət olub ki, bunun da 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır.
İctimairey.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.
V.Behbudov bildirib ki, həmin müddətdə 28-i qız, 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib: “31 uşaq isə müəssisəmizdən ailələrinə qaytarılıb” İctimairey.Az