“İxrac İcmalı”nın may sayı təqdim olunub.
İcmalda qeyd edilib ki, 2022-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.