MARAQLI: Bir diktatorun gizli bunkeri. Necə tikilib və içərisində nə var -FOTO

0

Kremlin dəfələrlə Avropada mümkün nüvə müharibəsi ilə bağlı eyhamları fonunda Bosniya və Herseqovinada gizli bomba sığınacağı turistlərin diqqətini cəlb edib.

Koniç şəhəri yaxınlığında dağlarda yerləşən bu bina ilk baxışdan adi Balkan otelinə və ya istirahət evinə bənzəyir…

Ancaq binanın içərisində dolama dəhlizə aparan gizli bir qapı var, düz qayaya bitişib.Секретный бункер, в котором похоронили все деньги ГДР (фоторепортаж) |  Фоторепортажи о Германии | DW | 01.07.2020

Dəhliz bir sıra hermetik möhürlənmiş qapılarla bitir. Onların arxasında Yuqoslaviyanın ən qiymətli və yaxından qorunan sirləri dayanır. Bomba sığınacağı 200 metrdən çox dərinlikdə yerləşir.

Yeraltı qurğu nüvə müharibəsi zamanı Yuqoslaviya komandanlığının qərargahı kimi yaradılmışdır. Xalq arasında “Titonun bunkeri” kimi tanınır. Ona sosialist ölkəsinin mərhum liderinin ləqəbi verilmişdi.Спустился на 11 этажей под землю. Самый глубокий заброшенный бункер Крыма?  Не знаю, но он потрясающий! 📸🔦 | NordSkif & Co | Яндекс Дзен

 “Kəşfiyyat” otağının daxilində səsyazma aparatı

Yeraltı baza hökumət üzvlərini, təxminən 350 nəfəri, o cümlədən bütün altı Yuqoslaviya respublikasının liderlərini yerləşdirmək üçün nəzərdə tutulmuşdu ki, onlar nüvə müharibəsi zamanı ölkəni idarə edə bilsinlər.

Teletayplardan bunker üçün xüsusi olaraq, qurulmuş rabitə şəbəkəsi üzərindən çap olunmuş mesajlar göndərmək üçün istifadə olunurdu.

İosip Tito II Dünya Müharibəsindən sonra, Sovet İttifaqı ilə Qərb arasında nüvə silahı yarışı fonunda obyektin tikintisinə göstəriş verib.

Bunkerin tikintisi 4,6 milyard dollara başa gəlib. Bu gün bu məbləğ 20 milyard dollardan artıqdır.

Bunkerin içərisində havalandırma boruları

İnşaat 1953-cü ildə ən ciddi məxfilik şəraitində başlayıb və Titonun ölümündən cəmi bir il əvvəl, 1979-cu ildə tamamlanıb.

Bələdçinin sözlərinə görə, telefonlar zəng edəni birbaşa Yuqoslaviya respublikalarının hökumətləri ilə əlaqələndirirdi.

İnşaatçılar əraziyə gözləri bağlı və ya pəncərəsiz maşınlarda aparılıb.

Bunkerdəki rabitə otağında telefonlar

Bunkerin inşası üçün yer ölkənin mərkəzində seçilmişdi ki, bütün Yuqoslaviyanın dövlət rəsmiləri nüvə müharibəsi zamanı əraziyə nisbətən tez çata bilsinlər. Seçim həm də relyefin bunkeri güclü partlayış dalğasından qoruya bilən dağlarda yerləşməsi ilə bağlı olub.

Bunkerdən su çəninə aparan açılış

Tunel yeraltı mənbədən şirin su almaq mümkün olan quyuya aparır.

Hesablamalara görə, Yuqoslaviya siyasi elitası nüvə müharibəsi baş verərsə, altı ay bunkerdə qala bilərdi. Sonra ərzaq və yanacaq ehtiyatlarının artırılması tələb olunacaqdı.В секретном бункере под Щучином может появиться музей "холодной войны" —  Блог Гродно s13

Bunkerdə xidmət edən bir neçə diqqətlə yoxlanılmış hərbçilər üçün tikilmiş otaq

Titonun nə vaxt müəssisəyə gedib-gəlmədiyi məlum deyil. Amma o, həmin vadidəki bunkerdən bir neçə yüz metr aralıda olan sursat fabrikinə baş çəkirdi. Zavod hələ də fəaliyyətdədir, bu o deməkdir ki, bunkerə gələn ziyarətçilərin obyektə daxil olması üçün, rəsmi icazə lazımdır.

Dizel yanacaq çəni

1992-ci ilin mayında, Yuqoslaviyanın parçalanmasından sonra başlayan Bosniya müharibəsi zamanı polkovnik Şerif Qrabovitsa Yuqoslaviya Xalq Ordusunun rəhbərliyi tərəfindən illərlə qoruduğu obyekti Bosniyalı döyüşçülər ələ keçirməmək üçün, onu məhv etmək əmri alıb.

Amerika istehsalı olan massiv kondisioner

Qrabovitsa deyir ki, xaotik geri çəkilmə zamanı o, tonlarla partlayıcıya qoşulmuş kabelləri gizli şəkildə kəsib, partlatsa, bunkeri məhv edəcəkdi. Ehtiyatda olan polkovnik daha sonra Serbiya mətbuatına açıqlamasında deyib: “Sərəncam olsa da, yalnız dəli rəhbərlərin əmri ilə həyatımın ən gözəl illərini keçirdiyim yeri partlatmağa və bir neçə nəslin əməyini məhv etməyi özümə rəva görmədim”.Как выглядит секретный бункер бывшего президента США Джона Кеннеди — РБК

Bunkerdə otaq içərisində iplərdən asılan güllələrin quraşdırılması

Bunker Yuqoslaviyanın qanlı çöküşündən sonra bir neçə il gizli qalıb. Daha sonra qismən ictimaiyyətə açılıb. 2011-ci ildə burada rəsm sərgisi keçirilmişdir. Sərgidə nümayiş etdirilən bəzi sənət əsərləri orijinal bunker artefaktlarına qeyri-adi bənzəyir.

9 may 2022-ci il: Bunkerin konfrans zalında bələdçi və turistlər, əsasən də əcnəbilər.

Bu məkanı ziyarət edənlərin son rəsmi sayı 2019-cu ilə təsadüf edir. Həmin vaxta qədər bunkeri 20 minə yaxın insan ziyarət edib.

Koniçdəki turizm agentliyinin əməkdaşı Amela Bubalonun sözlərinə görə, 2022-ci ildə bu əraziyə turist axını artıb. Bosniya və Herseqovina hələ də koronavirus pandemiyası ilə bağlı bəzi məhdudiyyətləri qoruyur, lakin Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmək üçün, Kremlin təkrar təhdidləri fonunda ziyarətçilərin sayı artır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »