ABŞ, Yaponiya, Kanada, Cənubi Koreya və daha üç ölkə Çin və Rusiyadan bağlanan məlumat mübadiləsi sistemi yaradacaq
ABŞ, Yaponiya, Kanada, Cənubi Koreya, Tayvan, Filippin və Sinqapur Çin və Rusiya üçün qapalı olacaq yeni qlobal məlumat mübadiləsi strukturu yaratmaq barədə razılığa gəliblər.
Yeni sistem Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASOİƏT) forumuna daxil olan ölkələr də daxil olmaqla, informasiya mübadiləsi üçün istifadə olunacaq.
Məlumatına görə, APEC-in transsərhəd məxfilik qaydalarına yenidən baxılması planlaşdırılır. Rusiya və Çinin foruma üzv olması səbəbindən digər ölkələrin şəxsi məlumatların mübadiləsi ilə bağlı narahatlıqları var. Gələcəkdə ASOİƏT-ə daxil olmayan bəzi ölkələr, o cümlədən Braziliya və Böyük Britaniya yeni informasiya mübadiləsi strukturuna dəvət oluna bilər. Əgər onlar razılaşarsa, o zaman bunun sayəsində Avropa İttifaqında artıq fəaliyyət göstərən sistemlə analoji olaraq, müxtəlif məlumatların ötürülməsi sistemi yaratmaq mümkün olacaq.
Qərb ölkələri ilə Rusiya arasında münasibətlər fevralın 24-də Vladimir Putinin Ukraynada başlatdığı Rusiya hərbi əməliyyatı fonunda pisləşib. Qərb ölkələri artıq cavab olaraq bir neçə anti-Rusiya sanksiyaları paketi təqdim ediblər, lakin Çin onlara qoşulmaqdan imtina edib. G7 ölkələri ötən həftə ÇXR-i “Rusiyaya təcavüz müharibəsində kömək etməməyə”, eləcə də sanksiyalardan yayınmağa çağırıb.